Azərbaycanın Belarus ilə ticarəti 10% artıb

post-img

Bu ilin birinci rübündə Azərbaycanın Belarus ilə ticarət dövriyyəsi 112,4 milyon dollar təşkil edib.

XQ bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% çoxdur.

Hesabat dövründə ölkədən Belarusa ixrac 17,8 milyon dollar təşkil edib. Azərbaycanın Belarusdan idxalının dəyəri isə 94,5 milyon dollar olub.

İqtisadiyyat