Avtomobil nəqliyyatı ilə daşımalar çoxalıb

post-img

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 50,5 milyon ton yük daşınıb. Bu da ölkə üzrə ümumi yük daşımalarının 55,6 faizini təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, avtonəqliyyatla yük daşımaları əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5 faiz artıb. İlin ilk 5 ayında özəl sektorda avtonəqliyyatla yük daşımaları 5,3 faiz artıb. Bütövlükdə isə, hesabat dövründə bütün yük daşımaların 76,5 faizi özəl sektorun payına düşüb.

Yanvar-may aylarında avtomobil nəqliyyatı ilə 647,4 milyon nəfər sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,8 faiz çoxdur. Qeyd olunan dövrdə avtobusla 95,6 faiz, taksi və digər özəl daşıyıcılarla isə 4,6 faiz sərnişin daşınıb. Bundan əlavə, ilin ilk 5 ayında Bakı metropoliteninin xidmətlərindən 91,8 milyon nəfər istifadə edib. Bu sahədə 12,4 faiz artım qeydə alınıb. 

Bütövlükdə isə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə 90,9 milyon ton yük və 742,8 milyon nəfər sərnişin daşınıb. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,8 faiz və 19 faiz çoxdur.

“Xalq qəzeti”

 

İqtisadiyyat