İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Çexiya Sənaye Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZPROMO-dan XQ-yə bildirilib ki, agentliyin icraçı direktoru Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan biznesinin Çexiya bazarına çıxışının dəstəklənməsi və çex şirkətləri ilə əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının önəmini diqqətə çatdırıb.
Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay ölkəsinin sənaye və texnologiya sahələrində təcrübəsindən danışıb, Çexiyanın Avropa bazarları və təchizat zəncirləri ilə sıx əlaqələrinin mövcudluğunu vurğulayıb.
Görüşdə məlumat mübadiləsinin aparılması, qarşılıqlı maraq doğuran sektorların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında münasibətlərin inkişafı üzrə növbəti addımların atılmasına dair razılıq əldə olunub.

