Ölkəmizə gətirilən elektrik avtomobilləri 6,2 dəfə çoxalıb

post-img

2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana, ümumilikdə, 433 milyon 146,85 min dollar dəyərində 29 min 855 ədəd avtomobil idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumata əsasən, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 499 ədəd və ya 28 faiz artıb.

Hesabat dövründə avtomobil idxa­lında ən böyük artım elektiklə işləyən avtomobillərin payına düşüb. Belə ki, ilin ötən 4 ayında ölkəyə gətirilən elekt­romobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 476 ədəd və ya 6,2 dəfə çox olub. 

“Xalq qəzeti”

İqtisadiyyat