Azərbaycan Stavropol buğdasının əsas idxalçısı mövqeyini qoruyub saxlayıb

post-img

Bu ilin birinci rübündə “Rosselxoznadzor”un Şimali Qafqaz Regionlararası İdarəsi tərəfindən Stavropol vilayəti ərazisindən ixrac üçün 122,277 min ton buğda taxılının daşınmasına nəzarət edilib.

AZƏRTAC-a idarədən bildiriblər ki, ən böyük həcmdə buğda (95,792 min ton) Azərbaycana göndərilib. Kiçik partiyalarda buğda Türkiyə (374 ton) və İraqa (300 ton) tədarük edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Stavropol buğdasının ixracı 53 faiz artıb, 2022-ci ildə 57,466 min ton məhsul yüklənib.

Yüklənmədən öncə partiyalardan entomoloji, herboloji və mikoloji tədqiqatlar üçün nümunələr götürülüb. Fitosanitar sertifikatlar yalnız partiyadakı məhsulun fitosanitar təhlükəzliyinin təsdiqlənməsindən sonra verilib.

İqtisadiyyat