Statististik göstəricilərə görə "Milan" üstündür

post-img

Bu dəqiqələrdə qitənin ən nüfuzlu turnirlərindən olan UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsi çərçivəsində İtaliyada  "Milan" və "Napoli"  komandaları arasında görüş start götürüb.

İtaliyada “Milan” və “Napoli” komandaları qarşılaşırlar. Matçın nəticələrinə keçməmişdən öncə hər iki komanda arasında indiyədək qeydə alınmış statistika haqqında məlumat verək. Belə ki, komandalar indiyədək, ümumilikdə, 23 dəfə qarşılaşıblar. "Milan" klubu bu qarşılaşmanın 8-də doğma meydanda qələbə qazanıb. Komandalar arasında 9 oyun isə bərabərliklə bitib.  6 görüşdə isə "Napoli" klubu qələbə qazanıb. Bu klubların vurduqları qol fərqində də  26-20 hesabı ilə "Milan"  üstündür.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman