Ömrü uzadan məşğuliyyətlər

post-img

ABŞ-ın Con Hopkins Universiteti Tibb Məktəbinin professoru Syuzan Maqseymen bildirib ki, bəzi məşğu­liyyətlər, hətta, hərbi qulluqçuların post-travmatik pozğunluqlardan daha sürətlə qurtulmasına kömək edir. Eləcə də, xərçəng xəstələrində art terapiyadan sonra sürətlə sağal­ma effekti verir. 

Maqseymenin tədqiqat sahəsi beynin bədii hadisələrə və əsərlərə reaksiyasını öyrənən neyroestetikadır. Oxumaq sinir sisteminin parasempa­tik bölməsini aktivləşdirərək sakitlik və nikbinlik hissi yaradır. Müəyyən edilib ki, mahnı oxumaq beyində müxtəlif yaddaş əlaqələrini aktivləşdirir və de­mans xəstələrinə sağalmağa kömək edir.

Pleylist yaradılması, xoşbəxt xa­tirələrlə əlaqəli mahnılar insanın əh­valını yüksəldir və narahatlığı azaldır. Akustik vibrasiyalar stress vəziyyət­lərində tıxanan siniri çıxarır və bədə­nimizdəki titrəmələri sözün əsl məna­sında dəyişdirərək, emosional müalicə edir. 

Gil və ya plastilinlə işləmək hər iki əlin dəqiq, əlaqələndirilmiş hərəkət­lər etdiyi sənət növüdür. Tədqiqatlar göstərir ki, gildən bir əşya formalaş­dırmaq, sonra onu parçalamaq və hər şeyi yenidən başlamaq psixoloji cəhət­dən faydalıdır. Həm də gil ilə işləyəndə toxunma hissləri pis əhval-ruhiyyəni, narahatlığı azaltmağa kömək edir, həmçinin serotonin istehsalına səbəb olan diqqəti cəmləmək imkanı verir.

Dərzilik, toxuculuq və ya rəsm çək­məklə məşğul olmaq sosial əlaqələri gücləndirməyə, stressi idarə etməyə kömək edir. Gündə ən azı yarım saat rəngləməyə sərf edilsə, beynin təfək­kürə cavabdeh olan hissələri stimulla­şar. 

Sevimli ətirlərdən həzz almaq bizə bütün duyğuların 75 faizini verir. Belə qoxulu isti vanna qəbul etmək beyinə müsbət təsir edən və eyni zamanda bədəni rahatladan xoş hisslər yaradır.

Muzeyə getmək və müxtəlif ekspo­natları seyr etmək öyrənməni təşviq edən və yaddaşı gücləndirən güclü emosional reaksiyalar yaradır.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat