Gecə yemək, yoxsa yatmaq?

post-img

Düzgün pəhriz gec nahar və qəlyanaltılardan çəkinməklə başla­yır. Gecələr karbohidratlarla zəngin qidalar yemək xüsusilə zərərlidir. Bunlar təkcə şirniyyat deyil, həm də dənli bitkilər, makaron, nişastalı tərəvəzlər, fast food, alkoqoldur. Bu fikirləri qida sənayesi mütəxəssislə­ri bildiriblər. 

Onların fikrincə, qanda qlükoza səviyyəsinin dəyişməsi, gecə yemək istəyilə əlaqələnir ki, bu da yuxunun keyfiyyətini pisləşdirə bilər. Yatmazdan əvvəl qəlyanaltı yemək istəyirsinizsə, o zaman düzgün yağlar və protein kom­ponentləri olan qidalar seçmək vacib­dir. Balqabaq və ya çətənə toxumu, habelə, toyuq və ya bildirçin yumurtası, avokado və bitki çayı da faydalı olar.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat