Yumurtanın qaraciyərə faydası

post-img

İnsan 40 yaşından sonra sağlam­lığına daha çox diqqət yetirməyə başlayır. Bədənin vəziyyətini yaxın­dan izləyir, müayinələrə gedir.

Mütəxəssislər qaraciyərin bərpası və sağlam qalması, eləcə də bütünlük­də orqanizm üçün faydalı olan məhsul­ların istifadəsini vacib hesab edir.

Onların fikrincə, zülal orqanizmdə, o cümlədən qaraciyər hüceyrələri – hepatositlər üçün tikinti materialı rolu­nu oynayır. Yumurta sarısında xolin, lesitin, yağda həll olunan vitaminlər və minerallar var.

Bu elementlər, öz növbəsində, yaşlı insanların qaraciyər toxumasını gücləndirmək üçün əvəzolunmazdır. Həmçinin pəhrizə yağsız balıq əlavə edilməlidir. Onlar ağır metal duzlarının az olduğu orta və yuxarı sularda ya­şayırlar. Bunlar həm də yaç artdıqca, qaraciyər funksiyasını dəstəkləməyə kömək edə bilən tam protein və yağ mənbələridir.

Prinsipcə, bütün heyvan mənşəli məhsullar qaraciyər üçün faydalıdır. Ekspertlərin fikrincə, bu siyahıda birinci yeri toyuq yumurtası tutur.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat