Yeni prezident əməkdaşlarla görüşüb

post-img

Azərbaycan Voleybol Federasiya­sının yeni prezidenti Şahin Bağırov qurumun əməkdaşları ilə görüşüb. O, yeni rəhbər təyin olunduğu federa­siyanın hər bir əməkdaşının tutduğu vəzifə və gördüyü işlərlə tanış olub.

Qurum rəhbəri federasiyanın cari fəaliyyəti, qarşıda duran vəzifələrdən və gələcək hədəflərdən danışıb, müva­fiq tapşırıqlarını verib. Belə görüşlərin mütəmadi keçiriləcəyini bildirən Ş.Ba­ğırov əməkdaşların suallarını cavablan­dırıb, onlara işlərində uğurlar arzulayıb.

Aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçiri­lib. Gənclər və İdman Nazirliyinin inzibati binasında mərasimdə nazir Fərid Qayı­bov da iştirak edib. Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın sa­biq prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. C.Qurbanov Azər­baycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federa­siyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib. 

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Ko­mitəsinin sədri Şahin Bağırov Azərbay­can Voleybol Federasiyasının yeni pre­zidenti seçilib.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman