Bölgələrdə cüdo inkişaf edir

post-img

Azərbaycan Cüdo Federasiyası­nın (ACF) prezidenti Rəşad Nəbiyev tərəfindən Goranboy Olimpiya İdman Kompleksinin nəzdində yaradılan cüdo bölməsinə və Naftalan şəhə­rində fəaliyyət göstərən cüdo təlim mərkəzinə baxış keçirilib. 

ACF-in mətbuat xidmətindən qəze­timizə bildirilib ki, Goranboyda keçirilən baxış zamanı rayon icra hakimiyyə­tinin başçısı Məhərrəm Quliyev, Go­ranboy-Naftalan seçki dairəsinin Milli Məclisin deputatı Anar Məmmədov da iştirak ediblər və yaradılan şəraitlə tanış olublar. 

Məlumat verilib ki, hazırda cüdo bölməsində 60, ümumilikdə, Goranboy rayonunda isə 200-ə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məş­ğul olur. Qonaqlar 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə hazırlaşan region cüdoçu­larının təlim-məşq prosesini izləyiblər. ACF tərəfindən təşkil edilən təlim-məşq toplanışında Naxçıvan, Gəncə, İsmayıllı, Şamaxı, Zaqatala, Qusar, Quba, Ucar, Yevlax, Mingəçevir, Masallı və digər re­gionlardan 50-ə yaxın cüdoçu iştirak edir.

Daha sonra ACF-in prezidenti Rə­şad Nəbiyev Naftalan şəhərinə səfər edib və orada fəaliyyət göstərən cüdo bölməsinə baxış keçirib. Görüşdə Nafta­lan şəhərinin İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov da iştirak edib.

Məlumat verilib ki, hazırda cüdo böl­məsində 100-dən artıq gənc və yeniyet­mə cüdo idman növü ilə məşğul olur.

Görüşlər zamanı ACF preziden­ti R.Nəbiyev region idmançıları üçün mövcud olan şəraitin yaxşılaşdırılması və regionlarda cüdonun inkişaf etdiril­məsi istiqamətində görülən işlərlə bağlı müzakirələr aparıb, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ACF-in dəstəyi ilə cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman