Hava proqnozu

post-img

Aprelin 13-də

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcə­yi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-13°, gündüz 19-24° isti olacaq.Atmosfer təzyiqi 750 mm civə sütunun­dan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordu­bad, Sədərək, Şahbuz və Şərur ra­yonlarında bəzi yerlərdə arabir yağın­tılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağa­cağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-9°, gündüz 13-18° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlə­nilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb külə­yi əsəcək, bəzi yerlərdə arabir güclənə­cək. Gecə 0-5°, gündüz 5-9° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir ya­ğıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-5°, gündüz 7-12°, dağlıq ərazilərdə 2°-dək isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında gün ər­zində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə in­tensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlər­də duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 5-10°, gündüz 14-18° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Min­gəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayon­larında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağaca­ğı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşə­cəyi ehtimalı var. Gündüz tədricən kə­siləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 4-8°, gündüz 11-16°, dağlarda gecə və gündüz 0-4° isti ola­caq. 

Yevlax, Göyçay, Ağdaş, Kür­dəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonla­rında bəzi yerlərdə yağış yağacağı göz­lənilir. Ayrı-ayrı yerlərdə intensiv olaca­ğı, şimşək çaxacağı, dolu düşəcəyi eh­timalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 6-11°, gündüz 15-20° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında bəzi yerlərdə yağış yağacağı gözləni­lir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-11°, gündüz 15-19°, dağlarda gecə 8-11°, gündüz 13-15° isti olacaq. 

 

Ekologiya