Şəmkirdə “Zəfər marafonu-2025” keçirilib

post-img

Şəmkirdə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər marafonu-2025” keçirilib.

XQ xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarı altında təşkil olunan marafonda iştirak etmək üçün 300-ə yaxın şəxs qeydiyyatdan keçib. Marafonda idmançılarla yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, könüllülər də iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Zəfər Gününün əhəmiyyətindən danışaraq bildirib ki, şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfər tariximizə qızıl hərflərlə yazılıb.

Qeyd olunub ki, marafonun keçirilməsində məqsəd igid əsgərlərimizə, qəhrəman şəhidlərimizə, qazilərimizə dərin hörmət və ehtiram nümayiş etdirməkdir.

Sonra yarışa start verilib. İştirakçılar Şəmkir şəhər Bayraq Meydanından Şəhidlər xiyabanına kimi olan məsafəni qət ediblər. Sonda qaliblər mükafatlandırılıblar.







Sosial həyat