İlk rübdə 6,4 milyard kubmetr qaz ixrac edilib

post-img

2023-cü ilin birinci rübündə Azərbaycanda 7,7 milyon ton neft və kondensat hasil edilib. Bunun da 6,4 milyon tonu ixraca yönəldilib. 

Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib. Nazirin sözlərinə görə, hesabat döv­ründə 3 faiz artımla hasil edilmiş 12,2 mil­yard kubmetr qazın 6,5 milyard kubmetri ixrac olunub.

Paylaşımda qeyd edildiyi kimi, yan­var-mart aylarında qaz ixracı 11,2 faiz artıb. İxrac olunmuş ümumi qazın 2,9 milyard kubmetri Avropanın, 2,7 milyard kubmetri Türkiyənin, 0,9 milyard kubmetri isə Gürcüstanın payına düşüb. Hesabat dövründə TANAP Türkiyəni 1,4 milyard kubmetr qazla təchiz edib.

“Xalq qəzeti”

İqtisadiyyat