“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun növbəti işlənmə mərhələsi çərçivəsində həyata keçirilən “ACE” layihəsinə indiyədək 2,9 milyard dollar vəsait ayrılıb.
Bu barədə jurnalistlərə layihənin mexaniki təhvil üzrə rəhbəri Şükür Sadıxov bildirib. Onun sözlərinə görə, layihənin ümumi dəyəri 6 milyard dollar təşkil edir.
Ş. Sadıxov daha sonra bildirib ki, layihə çərçivəsində artıq iş həcminin 85 faizi tamamlanıb. Ötən müddətdə heç bir insan xəsarətinə yol verilmədən 25 milyon saat iş görülüb.
Qeyd edək ki, “ACE” layihəsi çərçivəsində ilk neftin hasilatı 2024-cü ilin birinci rübünə nəzərdə tutulur.
“Xalq qəzeti”