"Google Chrome" brauzeri süni intellektləri dəstəkləyir

post-img

“Google” proqramçıları “Chrome” brauzerinə süni intellekt dəstəyi əlavə ediblər. Rusiya mediası xəbər verir ki, bu barədə layihənin bloqunda məlumat verilib.

“Windows” və “macOS”da görünəcək yeniliklər istifadəçilərə brauzer nişanlarını avtomatik olaraq qruplara ayırmağa imkan verəcək. Süni intellekt nişanlar olan qovluqları yarada biləcək.

Adıçəkilən proqram parametrlərində süni intellektdən istifadə edərək mövzular yaratmaq funksiyası olacaq. Süni intellekt divar kağızı, günün vaxtı və ya istifadəçi istəkləri əsasında fonu dəyişəcək.

 

Rizvan FIKRƏTOĞLU

XQ

İKT