Şuşa, Laçın və Xocavənddə “Azərpoçt”un xidmətlərinin təşkili istiqamətində işlər aparılır

post-img

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, Qarabağ və Şərqi Zəngəzurda bəzi şəhərlərdə poçt filialının yaradılması ilə bağlı işlər gedir.

 “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev “2023-Hesabat” adlı tədbirdə bildirib.

"2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialı yaradılır. Eyni zamanda, Şuşa, Laçın və Xocavənd, Əsgəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər aparılır”, - deyə İsi Mustafayev qeyd edib.

İqtisadiyyat