Sergey Lavrov: Qarabağın statusu məsələsi bağlıdır

post-img

2022-ci ildə Praqada Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü tanıdığını bildirən sənədi imzalayıb. Bu, o deməkdir ki, Qarabağ o zamanlar adlandırıldığı kimi, indi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, N.Paşinyanın imzaladığı sənəd Rusiya üçün sürpriz olub: “Bu, bizim üçün sürpriz oldu, çünki bundan əvvəl Qarabağın statusu probleminin yekun həlli üçün müxtəlif variantlar müzakirə olunurdu. Ermənistanın baş naziri bunu təkbaşına edib. O vaxtdan Qarabağın statusu və hansı ölkənin ərazisi olması sualı qapalıdır”.

 

Rizvan FIKRƏTOĞLU

XQ

Son xəbərlər