Asiya Kubokunda ölkəmizi 4 cüdoçu təmsil edir

post-img

Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmələr arasında Asiya Kubokunda Azərbaycanı 4 cüdoçu təmsil edəcək. Bu barədə mətbuata Azərbaycan Cüdo Federasiyasının mətbuat xibmətindən məlumat verilib.

Qızlardan Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), oğlanlardan Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) tatamiyə çıxacaqlar. Onlar ACF prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında yarışa qatılacaqlar.

Qeyd edək ki, turnirdə 10 ölkədən 459 idmançı qüvvəsini sınayacaq.

M.HACIXANLI
XQ

 

İdman