Roma turnirində 16 mükafat

post-img

Azərbaycan komandası İtaliyanın paytaxtı Romada keçirilmiş ciu-citsu üzrə “Grand Slam Roma 2025” turnirində 5-i qızıl, 7-si gümüş, 4-ü isə bürünc olmaqla 16 medal qazanıb.

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından verilən məlumata görə, Ayaz Süleymanov, Mark Simvol, Həsən Nəsirzadə, Maksud Hacıyev və Samir Mirzəyev qızıl medal qazanıblar. Ramil Muradov, Tamerlan Meyralıyev, Nağı Nağızadə, Rafiq Mehdiyev, Timur Simvol, Müslüm Əliyev və Murad İsmiyev yarışda 2-ci yeri tutublar. Emin Əsədov, Dmitri Sivov, Cavidan Meyralıyev və Bağır Əliyev isə bürünc medala yiyələniblər.

L.AZAD
XQ

 

İdman