Gənc badmintonçularımız Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Junior Future” seriyalı beynəlxalq turnirdə 2 gümüş və 4 bürünc medal qazanıblar.
19 yaşadək badmintonçular arasında keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medala sahib olub. Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva turnirdə 2-ci yeri tutub.
Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb. Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov – Həcər Nuriyeva və Ülvi Hüseynov – Leyla Camalzadə tandemi “Uganda Junior International 2025” turnirində bürünc medal qazanıb. Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin ediblər. Qızların qoşa yarışında isə Leyla Camalzadə – Həcər Nuriyeva qoşası gümüş medala yiyələnib.
Daha bir badmintonçumuz Diki Pangestu isə “Uganda International Challenge 2025” turnirində şəxsi kateqoriyada gümüş medal qazanıb.
L.AZAD
XQ