Azərbaycanın yunan-Roma güləşçisi Kamran Rəcəbli (72 kq) Qazaxıstanın Çimkənd şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunan ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edən U-20 millimizin digər 3 üzvü isə mükafatçılar sırasına düşə bilməyib.
Yarışda Azərbaycan və Qazaxıstanla yanaşı, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri də mübarizə aparıblar.
Leyla QURBANOVA
XQ