Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Vahab Fətullayev beynəlxalq turnirdə uğurla çıxış edib. İdmançımız İsveçin Örebro şəhərində keçirilən “Örebro Masters - Nordic Championships” turnirində fərqlənib. Ölkəmizlə yanaşı, İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının qatıldığı yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlanların fərdi mübarizəsində pley-offa yüksəlib.
Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn təmsilçimiz həlledici qarşılaşmada İsveç idmançısı Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Leyla QURBANOVA
XQ