Olimpiadada ilk gender qalmaqalı

post-img

Paris Olimpiadasında qadın boks turnirinin dörddəbir finalında İtaliya təmsilçisi Angela Karini və əlcəzairli transgender idmançı İmanə Həlif arasında döyüş cəmi 46 saniyə davam edib. Buna səbəb italiyalı Karininin “Dəhşətli ağrılarım var, davam etmək istəmirəm” deyərək döyüşü davam etdirməkdən boyun qaçırması olub. O, rəqibinin əlini sıxmaqdan da imtina edib. 

Keçən il Həlif 2023-cü il Dünya Kuboku­nun finalından əvvəl testosteron səviyyəsinin yüksəlməsinə görə diskvalifikasiya edilmişdi, lakin Olimpiadada iştirak etmək hüququ qa­zanmışdı. 

Mətbuat konfransında Karini Beynəlxalq Olimpiya Komitəsini (BOK) qadın idmanına transgender idmançıların müdaxiləsini da­yandırmağa çağırıb. 

Qeyd edək ki, Həlif Tokioda keçirilən sonuncu Olimpiadada çıxış edib. O, 2023-cü il Dünya Çempionatında 66 kq-a qədər çəki dərəcəsində yarışdan kənarlaşdırılıb.

İdman