10 metrdən pnevmatik tapançadan atəşaçma yarışında Paris Olimpiadasının gümüş medalını qazanan türkiyəli atıcı Yusuf Dikecin unudulmaz performansı dünyada gündəm olub.
Qoruyucu dəbilqə və ya xüsusi eynək olmadan, bir əli cibində yarışan 51 yaşlı atıcının inanılmaz dərəcədə rahat dayanması azarkeşlərin diqqətini cəlb edib. Onun bir əli cibində atəş açdığı foto bütün dünyada internetdə sürətlə yayılıb və hətta “X” platformasında “yaxşı” yazan milyarder İlon Maskın diqqətini çəkib.
Qeyd edək ki, Yusuf Dikec bundan əvvəl ölkəsini 2012-ci və 2016-cı illər olimpiadalarında təmsil edib.