Abşeronda yağmursuz, bölgələrdə, yağıntı, duman və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-26° , gündüz 30-35° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunun­dan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimər­liklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cə­nub çimərliklərində: (Türkan, Hövsan, Sa­hil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış ya­ğacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarak­terli intensiv və güclü olacağı, dolu düşəcə­yi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlər­də arabir güclənəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya