Paris Olimpiadasının üzgüçülük turnirinin növbəti günü tamamilə qeyri-adi bir hadisə ilə yadda qalıb. İlk dünya rekordu ən prestijli məsafədə - kişilərin sərbəst yüz metrliyində qoyulub. Bu inanılmaz bir rekord olub.
Xatırladaq ki, bu ilin fevralında Pan Zhang Li 100 metr məsafəyə üzmədə dünya rekorduna imza atıb – 46,80. Paris Olimpiadasında isə çinli rekordunu daha da yaxşılaşdırıb – 46,40.