Millimiz 3-cü medalını qazanıb

post-img

Boksçumuz azı bürünc mükafatı təmin edib 

Paris Olimpiadasında medal ümidlərimizdən biri olan boksçumuz Alfonso Dominqes (92 kq) 1/4 final qarşılaşmasında uğurla çıxış edərək medalı təmin edib. 

Boksçumuzun mü­kafata aparan yolda ilk rəqibi, 1/8 finalda ikiqat Olimpiya çempionu Xulio Sesar Kruz olub. Kubalı rinq ustasını mü­barizədən kənarlaşdıran boksçumuz 1/4 finalda Aybek Oralbaya (Qa­zaxıstan) da qalib gəlib. Beləliklə, komandamız Olimpiya Oyunlarında artıq 3-cü mükafatını təmin etmiş oldu. 

Bundan əvvəl cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (+100 kq) Oyunların qızıl medallarını qaza­nıblar. 

Qeyd edək ki, A.Dominqes Tokio Olimpiadasının bürünc mükafatçısıdır. 2021-ci ildə karyerasında ilk dəfə dünya çem­pionu titulunu qazanıb. Ötən il Daşkənddə keçirilən dünya çempionatında gümüş medala sahib olub. 

Boksçularımız müstəqil Azərbaycanın iştirak etdiyi olim­piadalardan “Atlanta-1996” istisna olmaqla bütün Oyunlardan Vətənə medalla dönüblər. Dəri əlcək ustalarımız ötən olimpi­adalarda 8-i bürünc, 1-i gümüş olmaqla 9 medal qazanıblar.

İdman