Batut gimnastımız bu gün mübarizəyə qoşulacaq

post-img

Bu gün batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova Paris Olimpiadasında mübarizəyə qoşulacaq. Onu da vurğulayaq ki, Azərbaycan gimnastika tarixində ilk dəfə batut gimnastikası üzrə olimpiadada təmsilçimiz iştirak edəcək. 

Almaniyanın Kot­bus şəhərində keçirilən Dünya kubokunun son mərhələsində yarım­finala vəsiqə qazanan S.Mahsudova ötən ildən etibarən Paris-2024-ə lisenziya xalları qazan­dıran Dünya kubokla­rında mübarizə aparıb. Onun lisenziya xarak­terli beş Dünya kubokunun ikisində göstərdiyi yekun nəticə Olimpiya Oyunlarına vəsiqəsini təmin edib. 

O, Dünya kuboku seriyasının qalibi, eləcə də bir çox bey­nəlxalq yarışların mükafatçısıdır. Olimpiya Oyunlarında bizi layiqincə təmsil edə biləcək potensiala malikdir. 

Selcan Mahsudovanın olimpiadada çıxış sırası 14-cüdür. Ümumilikdə isə təsnifat mərhələsində 16 gimnast mübarizə aparacaq. Yarış Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 8 ən yaxşı iştirakçı final mərhələsinə adlayacaq. Mükafatlar uğrun­da həlledici mərhələ saat 15:50-də start götürəcək. 

Onu da qeyd edək ki, Paris-2024-ün batut gimnastikası ya­rışları bir günü əhatə edəcək.

İdman