Azərbaycan basketbolçusu: Ruhdan düşmək olmaz

post-img

Azərbaycanın qadınlardan ibarət 3x3 basket­bol millisi Fransanın paytaxtı Parisdə Olimpiya Oyunlarında növbəti görüşlərini keçirib. 

Komanda II turda ABŞ yığması ilə qarşılaşıb. Matçda 20:17 hesabı ilə qalib gələn qızlarımız tarixi qələbəyə imza atıblar. Seçməmizin III turda Fransa komandası ilə mübarizəsi isə komandamızın 10:15 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qarşılaşmadan sonra mü­sahibə verən Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulya­nova onları qarşıda bir neçə oyunun gözlədiyini deyib: 

– Öz səhvlərimiz ucbatından məğlub olduq. Ruhdan düş­mək olmaz. Qarşıda bizi oyunlar gözləyir. 

Komandamız günün son oyununda Almaniya millisi ilə mübarizə aparıb. Qarşılaşma rəqibin 12-8 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, seçməmiz ilk turda İspaniyaya 16:18 hesabı ilə uduzub.

İdman