Daxili işlər naziri sıra baxışı keçirib

post-img

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 1-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat ve­rilib.

Sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 122 nəfər seçim turunun növbəti mər­hələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlə­rindən də uğurla keçərək daxili işlər orqan­larında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

XQ

Son xəbərlər