№ 359 Bakı şəhəri 25 iyul 2024-cü il
“Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1134-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1134-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 mart tarixli 36 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 140 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədə “, tərcüməçi və hal şahidləri” sözləri “və tərcüməçi” sözləri ilə əvəz edilsin;
1.2. 4-cü hissədə “, onların qanuni nümayəndələri və hal şahidləri” sözləri “və onların qanuni nümayəndələri” sözləri ilə əvəz edilsin;
1.3. 5-ci hissədə “, tərcüməçilərin və hal şahidlərinin” sözləri “və tərcüməçilərin” sözləri ilə əvəz edilsin;
1.4. həmin Qərarla təsdiq edilmiş “İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanında) gəlməklə əlaqədar olaraq zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclərin ödənilməsi Qaydası” üzrə:
1.4.1. adında və 1-ci hissədə “, tərcüməçilərin və hal şahidlərinin” sözləri “və tərcüməçilərin” sözləri ilə əvəz edilsin;
1.4.2. 2-ci hissədə “, tərcüməçilərə və hal şahidlərinə” sözləri “və tərcüməçilərə” sözləri ilə əvəz edilsin;
1.4.3. 3-cü hissədən və 5-ci hissənin birinci və ikinci abzaslarından “, hal şahidlərinə” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli, 23 fevral tarixli 97 nömrəli, 9 mart tarixli 130 nömrəli, 27 mart tarixli 182 nömrəli və 27 iyun tarixli 320 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “3.5.0. “Hüquqi yardım” köməkçi bölməsində “, tərcüməçilərin və hal şahidlərinin” sözləri “və tərcüməçilərin” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “222970. “Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi” maddəsinin birinci cümləsində və “222972. “Məhkəmə prosesi ilə bağlı digər xidmətlər” yarımmaddəsində “, şahid və hal şahidlərinə” sözləri “və şahidə” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri