Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 361 Bakı şəhəri 26 iyul 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hö­kumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilmə­si və ya işlərin görülməsi haqqında müqa­vilələrin qeydiyyata alınması Qaydası”nda dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulu­ğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanun­larının icrası ilə əlaqədar Azərbaycan Res­publikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barə­də” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli 17 nömrəli Fərma­nının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1408 (Cild I); Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 29 may tarixli 290 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qey­ri-hökumət təşkilatları, habelə xarici dövlət­lərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələ­rin qeydiyyata alınması Qaydası”nın 3.1.4-cü yarımbəndinə “Nazirliyinə” sözündən sonra “və Ədliyyə Nazirliyinə” sözləri əlavə edil­sin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları