Akrobatlarımız Bolqarıstanda 4 medal qazanıblar

post-img

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda 4 medal qazanıb. 

Komandamızın üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü, həmçinin Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyevadan ibarət üçlük qızıl mükafat əldə ediblər.

Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük, Riad Səfərov, eləcə də Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Seyidli Rəsul ibarət kvartet isə Dünya Kubokunda 2-ci pilləni tutub.

L.QURBANOVA
XQ

İdman