Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında millimiz 7 medal qazanıb.
Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, gənclər 3 medal (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 medal (4 bürünc) əldə ediblər.
Belə ki, gənclərdə Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq) bürünc, yeniyetmələrdə isə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medala (1 qızıl, 2 gümüş, 7 bürünc) sahib olublar. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medalı boynundan asmışdı.
L.QURBANOVA
XQ