Parataekvondo millimizdən tarixi uğur

post-img

Azərbaycan parataekvondo millisi Avropa çempionatında tarixi uğur qazanıb. 

Serbiyanın paytaxtı Belqradda keçirilmiş yarışda yığmanın üzvləri İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) gümüş medal qazanıblar. Yığma bu nəticə ilə medal əyarına görə komanda hesabında birinci yeri tutub. İkinci pillədə Türkiyə, üçüncü sırada isə neytral statusda çıxış edən idmançıların komandası (AIN) qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qitə birinciliyində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 3 parataekvondoçu ilə təmsil olunub. 

L.QURBANOVA
XQ

İdman