“Böyük dəbilqə”də 3 mükafat

post-img

Qazaxıstanın Astana şəhərində keçirilən “Böyük dəbilqə” yarışında Azərbaycan yığması 3 bürünc medal qazanıb. 

Millimizin heyətində Elcan Hacıyev (90 kq), Vüqar Talıbov (90 kq) və Kamran Süleymanov (66 kq) mükafatçılar sırasında yer alıblar. 

Qeyd edək ki, Azərbaycan yığması mayın 19-23-də Abu-Dabidə keçiriləcək dünya çempionatında iştirak edəcək.

L.QURBANOVA
XQ

İdman