Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

post-img

Bakıda şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan şahmatçısı Nicat Abasov ikinci görüşdə heç-heçə edərək, dünyanın ən yaxşı qrossmeysteri Maqnus Karlsendən qisas ala bilməyib. Ümumi xal 0,5:1,5-dir.

N.Abasov üçüncü yer uğrunda çıxış edəcək. Onun rəqibi sabah Rameşbabu Praqnanandha (Hindistan) - Fabiano Karuana (ABŞ) - 0,5:0,5 (1:1) oyununda müəyyənləşəcək.

Abasov yarımfinala gedən yolda Roduel Makoto (Zimbabve), Laurent Fressinet (Fransa), Aniş Giri (Hollandiya), Petr Svidler (FİDE), Saleh Salem (BƏƏ) və Santoş Vidita Qujarati (Hindistan) üzərində qələbə qazanıb.

"Xalq qəzeti"

İdman