Budapeşt və Aşqabad arasında qaz tədarükü ilə bağlı siyasi saziş imzalanıb

post-img

Budapeşt və Aşqabad Türkmənistan qazının Macarıstana tədarükü ilə bağlı siyasi saziş imzalayıblar, bundan sonra şirkətlər arasında danışıqlar gedir.

“İnterfaks” xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib.

“Türkmənistanın siyasi iradəsi və siyasi niyyəti tam aydındır ki, Macarıstan türkmən qazının Avropaya potensial tədarük istiqamətlərindən biri və tranzit ölkələrdən birinə çevrilsin. Siyasi razılaşma bağlanıb, indi növbə şirkətlərin kommersiya danışıqlarını davam etdirməsidir”. Cənab Siyarto bazar günü sosial şəbəkələrdə yayımlanan videomüraciətində bildirib.

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov bazar günü Budapeştdə Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb. Macarıstanın MTI agentliyinin məlumatına görə, söhbət təkcə enerji sahəsində deyil, həm də səhiyyə, əczaçılıq sənayesi, kənd təsərrüfatı, qida sənayesi, su təsərrüfatı, eləcə də təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsindən gedir.

Türkmənistanın rəhbəri Macarıstanın əsas dövlət bayramı - Müqəddəs Stefan Günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Orbanın dəvəti ilə bazar günü Budapeştə işgüzar səfərə gəlib.

Macarıstanın paytaxtında keçirilən atletika üzrə dünya çempionatının fəxri qonaqları arasında Berdiməhəmmədov da olacaq.

"Xalq qəzeti"

Dünya