Ərdoğan və Orban Ankaranın Avropaya inteqrasiyasını müzakirə ediblər

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstanın baş naziri Viktor Orban ilə iki ölkə arasındakı münasibətləri, Ankaranın Avropaya inteqrasiyasını və aktual beynəlxalq məsələləri müzakirə edib.

“Xalq qəzeti" xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi görüşdən sonra məlumat yayıb.

“Danışıqlarda Türkiyə və Macarıstan münasibətləri ilə yanaşı, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü məsələsi, regional və beynəlxalq problemlər də nəzərdən keçirilib”, - məlumatda deyilir. Görüşün digər təfərrüatları açıqlanmayıb.

Ərdoğan Orbanın dəvəti ilə Macarıstanın milli bayramı olan Müqəddəs Stefan Günü münasibətilə keçirilən şənliklərdə iştirak etmək üçün bazar günü Budapeştə bir günlük səfərə gəlib. Türkiyə liderinin Macarıstanın paytaxtına gələn bir neçə ölkədən olan həmkarları ilə danışıqlar aparması planlaşdırılır.

Dünya