Üzgüçülük Federasiyasına yeni baş katibi təyin olunub

post-img

Azərbaycan Üzgüçülük Federasiyasınln rəhbərliyində dəyişiklik olub. Qurumun mətbuat xidmətindən verilən məlumata görə federasiyanın baş katibi Fərid Bənənyarlı öz xahişi ilə vəzifəsindən azad olunub. Onu yerinə Həsənov Fəxri Şaiq oğlu təyin olunub. 

Federaisyanın yaydığı məlumatda bildirilir ki, Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub.  2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən  Həsənov bu vəzifəyə qədər Avto Lizinq Azərbaycan MMC-də çalışıb.

A.Elçin,
"Xalq qəzeti"

İdman