Elmi konfrans: “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” YENİLƏNƏCƏK

post-img

İyunun 16-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, elmi konfransı giriş nitqi ilə açan Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov Azərbaycan bədii ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun ölməz yaradıcılarına qarşı olan xüsusi maraq və sevgisindən bəhs edib.

Qeyd edək ki, “Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” abidəsinin öyrənilməsində yeni mərhələ”, “Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi” bölmələrini əhatə edən konfransa ən müxtəlif elm, təhsil və mədəniyyət ocaqlarından məqalələr daxil olub.

Elm