Yağıntılı, dumanlı və küləkli bazar günü

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xid­mətinin verdiyi məlumata əsasən, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağaca­ğı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. 

Gecə 12-16°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gün­düz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir ya­ğış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı eh­timalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənə­cək. Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya