Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.
XQ-nin məlumatına görə, əfv olunan şəxslər arasında 17 saylı cəzaçəkmə müəssəsində məhkumluqda olan Yolçuyev Orxan Adil oğlu da var.
Əfv olunan Orxanın yaxınları Azərbaycan Prezidentinə təşəkkür edib:
"Orxan mənim qaynımın oğludur. İki ildən çoxdur ki, bura gedib gəlirdik. Dualar edirdik ki, əfvə düşsün. Orxana 5 il 3 ay həbs cəzası vermişdilər. Cinayəti isə avtoqəza idi. Ümid edirdik ki, əfv olunacaq. Düşündüyümüz kimi də oldu. Cənab Prezidentimiz başda olmaqla bu işi görən hər kəsə təşəkkür edirik".
Ayşən AZADOVA
XQ