Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilir.
Paytaxtın Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyində təşkil olunan sərginin əsas məqsədi insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, tullantıların həcmini azaltmaq və lazımsız hesab edilən əşyalardan sənət əsərləri ərsəyə gətirməkdir.
Bu il sərgiyə 9 ölkədən 12 xarici və 18 yerli sənət adamı qatılıb. Onlar “Sülh üçün yarat” mövzusunda tullantılardan düzəltdikləri nümunələri nümayiş etdiriblər.
Qeyd edək ki, 2012-ci ildən ənənəvi olaraq keçirilən sərgidə ötən müddət ərzində dünyanın 46 ölkəsindən 200-dən çox yaradıcı şəxs iştirak edib və onların əl işləri Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan “Tullantıdan sənətə” muzeyində nümayiş olunur.
S.FİDAN
XQ