Güclü külək Gəncəyə əl qatıb...

post-img

Gəncə şəhərində müşahidə olunan küləkli hava bir sıra fəsadlara yol açıb. Şəhərin bəzi yerlərində iri gövdəli ağaclar aşıb. Belə ki, Heydər Əliyev prospektində iri gövdəli ağacın evin üzərinə aşması nəticəsində tikiliyə ciddi ziyan dəyib.

Digər yerlərdə də bəzi obyektlər zədələnib, ağaclar yollara aşıb. Şəhərin kommunal müəssisələrinin texnikası və canlı qüvvəsi dərhal hadisə yerlərinə yollanıb, lazımi kömək göstərib.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Gəncə şəhəri

Sosial həyat