Qəfil zülmət: ən böyük elektrik enerjisi kəsilmələrinin tarixi

post-img

Elektrik müasir sivilizasiyanın əsasını təşkil edir. Ancaq bəzən yalnız bir elektrik şəbəkəsinin nasazlığı bütün ölkələri qaranlığa qərq edə bilər. Tarix yüksək texnoloji infrastrukturlarımızın kövrəkliyini üzə çıxaran genişmiqyaslı elektrik enerjisinin kəsilməsinin bir çox nümunəsini görmüşdür.

Dünyanın ən böyük elektrik enerjisi kəsintilərindən biri Nyu-York şəhərində olmuşdur. 1965-ci il noyabrın 9-da Amerikanın səkkiz ştatının və Kanadanın Ontario ştatının 30 milyon sakini qəfildən işıqsız qalmışdı. Ontarioda nasaz qoruyucu relenin səbəb olduğu elektrik stansiyasının nasazlığı tarixdə ilk böyük elektirk enerjisi kəsintilərindən birinə səbəb olmuşdu. Bu hadisə enerji sisteminin təhlükəsizliyi prinsiplərini yenidən nəzərdən keçirməyə məcbur etmişdi.

İkinci ən böyük elektirik sistemimndə qəza İtaliyada baş vermişdi. 2003-cü il sentyabrın 28-də bütün İtaliya - 56 milyondan çox insan elektriksiz qalmışdı. Qəzaya İsveçrədə elektrik xəttində baş verən qəza səbəb olmuşdu. Elektirk enerjisinin verilməsində yaranmış fasilə müxtəlif ölkələrin enerji sistemlərinin nə qədər sıx bağlı olduğunu nümayiş etdirən zəncirvari reaksiyaya gətirib çıxartmışdı.

İtaliyanın elektrik enerjisinin kəsilməsindən cəmi bir ay sonra, avqustun 14-də Şimali Amerikanın şimal-şərqində təxminən 50 milyon insan yenidən böyük bir fəlakətin təsirini yaşamışdı. Ohayoda elektrik xətlərinin həddindən artıq qızması və proqram xətası regionun ən böyük elektrik fəlakətlərindən birinə səbəb olmuşdu. 

2012-ci il iyulun 30-u və 31-də Hindistanda 600 milyondan çox insan, demək olar ki, ölkə əhalisinin yarısı işıqsız qalmışdı. Həddindən artıq yüklənmiş köhnə elektrik şəbəkəsi üç regional enerji sisteminin dağılmasına səbəb olmuşdu. Bu kəsilmə bəşər tarixində ən böyük qəza sayılır.

2009-cu ildə Braziliyada və Paraqvayda baş vermiş elektrik kəsilməsi 60 milyon insana təsir edtmişdi. Dünyanın ən böyük su elektrik stansiyası olan “Itaipu”da hava şəraiti ilə bağlı nasazlıqlar iki ölkədə enerji təchizatını dayandırmışdı.

Venesuala da bu problemlə üzləşmiş ölkələrdən biridir. 2019-cu ilin mart ayında, demək olar ki, bütün ölkə bir neçə gün qaranlığa qərq olmuşdu. Rəsmi mənbələr təxribat və kiberhücumlardan danışsalar da, ekspertlər enerji infrastrukturunun xroniki maliyyələşdirilməsinə diqqət çəkirdilər.

2021-ci ilin qışında milyonlarla Teksaslı soyuq havada istilik və elektriksiz qalmışdı. Səbəb qazdan tutmuş külək elektrik stansiyalarına qədər enerji istehsalında fasilələr və infrastrukturun ekstremal şəraitə uyğun olmaması idi. 

Son belə qəza “Qoca qitə”də aprelin 28-də baş verdi. Həmin gün səhər saatlarında İspaniyada genişmiqyaslı elektrik enerjisi kəsilməsinin Madrid, Sevilya, Barselona və Valensiya kimi iri şəhərlərə təsir etdiyi məlum oldu. Bundan əlavə, Portuqaliya və Fransanın bəzi bölgələrində elektrik enerjisinin kəsilməsi qeydə alındı. “Financial Times” qəzetinin məlumatına görə, bu, müasir Avropa tarixində ən böyük kəsilmələrdən biri ola bilər. 

Keçmişin dərsləri aydındır: enerji şəbəkələri nə qədər mürəkkəb və bir-birinə bağlıdırsa, irimiqyaslı nasazlıqların riski də bir o qədər yüksəkdir. İqlim dəyişikliyi, kibertəhdidlər və köhnəlmiş infrastruktur XXI əsrin enerji sektoru üçün yeni problemlər yaradır. Buna görə də, sabitliyin gələcəyi əsasən dünyanın bu təhlükələrə nə qədər tez və effektiv uyğunlaşa bilməsindən asılıdır.

S.ELAY

XQ

Dünya