Bu fəlakət yenidən baş verə bilərmi?
Almaniya və İspaniya alimlərinin “Royal Astronomical Society” aylıq bildirişlərində dərc olunmuş yeni araşdırması göstərib ki, Yer kürəsində ən azı, 2 kütləvi yoxa çıxma fövqəlnova partlayışları nəticəsində yenidən baş verə bilər. Kosmosda bu fəlakətli hadisələr Yerin biosferinə əhəmiyyətli dərəcədə təsir göstərib.
Fövqəlnovalar çox güclü kosmik hadisələrdən biridir. Ulduz həyat dövrünü başa vurduqda və partladıqda, kosmosa çoxlu enerji və radiasiya buraxır. Belə bir hadisə Yer kürəsinə yaxın baş verərsə, ultrabənövşəyi radiasiyanın səviyyəsini artırmaqla ozon təbəqəsini məhv edə, atmosferin kimyəvi tərkibini dəyişdirərək turşu yağışlarına səbəb ola və iqlim və ekosistemlərə təsir edə biləcək ağır elementləri püskürtə bilər.
Bəs gələcəkdə belə fəlakətlərlə üzləşə bilərikmi? Alimlər indi yaxın milyon il ərzində partlaya biləcək 2 ulduzu müəyyən ediblər: Antares və Betelqeyze. Bununla belə, hər 2 ulduz Yer kürəsindən, təqribən, 500 işıq ilinə bərabər məsafədə yerləşir. Kompüter modellərinə görə, bu məsafə planetimizə ciddi təsir göstərmək üçün kifayət deyil.
Beləliklə, keçmişdə fövqəlnova partlayışları Yerdəki həyat üçün təhlükəli olsa da, yaxın gələcək nisbətən təhlükəsiz olaraq qalır.
FİDAN
XQ