Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli sərəncamı alimlərimizin və elmi-tədqiqat ocaqlarımızın qarşısında mühüm vəzifələr qoyub. AMEA-nın Gəncə Bölməsində hazırlanan “Nizami Gəncəvi yubileyləri: Ulu öndər Heydər Əliyevdən möhtərəm Prezidentimiz İlham Əliyevə” adlı monoqrafiya da bu məqsədə xidmət edir.
Layihə rəhbəri, Bölmənin sədri, akademik Fuad Əliyev kitabın fəsillərində əhatə edilmiş mövzular və onların elmi əhəmiyyəti barədə bu elm ocağında keçirilən seminarda ətraflı məlumat verib. Monoqrafiyanın müəllifi, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov yeni hazırlanan kitabın yazılmasının elmi zərurəti barədə danışıb. O, dahi Nizami Gəncəvi ilə bağlı əlamətdar tarixlər mövzusunun hər bir dövrün xüsusiyyətləri nəzərə alınmaqla hazırlandığını qeyd edib.
Alim 450 səhifədən də çox olacaq bu kitabın ilkin variantında “Əsrlərdən gələn Nizami Gəncəvi sədası”, “1941-ci ilin payızında mühasirəli Leninqradda yaşanan 800 yaşli Nizami Gəncəvi təntənəsi”, “Nizami Gəncəvi elə bir dahi sənətkardir ki, onun yubileyi hər il qeyd edilməlidir”, “Müstəqil Azərbaycanın İİ lham Əliyev erasi”, “Azərbaycan nizamişünasliğinin İlham Əliyevlə başlayan inkişaf mərhələləri”, “Azərbaycandan müasir dünyaya Nizami Gəncəvi çağirişi” adlı fəsilləri əhatə etdiyini bildirib.
Sonra seminarın iştirakçıları onları maraqlandıran məsələlər barədə öz fikir və təkliflərini bildiriblər.
Tədbiri yekunlaşdırarkən, Bölmənin sədri, akademik Fuad Əliyev qeyd edib ki, kitabda Nizami Gəncəvinin ən son yubiley tədbirləri ilə bağlı, xüsusilə Gəncədə aparılan işlərin tarixi miqyasının, o cümlədən dünyanın nüfuzlu ictimai və siyasi xadimlərini birləşdirən Madrid Klubunun üzvlərinin də daxil olduğu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinin daha dolğun əks olunması çox vacibdir və bu məsələlər daha geniş yer almalıdır.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri