Ərdoğan: Türkiyənin gələcəyində terrora yer yoxdur

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən 8-ci qurultayında iştirak edib. “Anadolu”nun məlumatına görə, prezident çıxışında terrorla mübarizəyə və Suriyadakı proseslərə xüsusi diqqət ayırıb.

O qeyd edib ki, Suriya xalqı ölkənin gələcəyini müəyyən edəcək yeni hökumətin yaradılması üçün qətiyyətli addımlar atır: “Türkiyənin məqsədi Suriyadakı terror təşkilatlarının ya dinc, ya da güc yolu ilə məhvinə nail olmaqdır”.

Onun sözlərinə görə, Suriyada silahlı separatçı terrorçular fəaliyyət göstərdikcə Türkiyə özünü tam təhlükəsiz hiss edə bilməz.

Prezident xatırladıb ki, bəzi qüvvələr yaxın keçmişdə İŞİD-in teatrlaşdırılmış tamaşası ilə Suriyanı və bölgəni cəhənnəmə çevirib, oxşar ssenarini yenidən həyata keçirməyə çalışsalar da, bu dəfə buna nail ola bilməyəcəklər.

Ərdoğan YPG-nin müddətini başa vurduğunu və tezliklə ləğv ediləcəyini vurğulayıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya